gundem / dunya
15.04.2023, 15:30
Finlandiyanın Moskvadakı səfirliyində həyəcan təbili çaldı!
“dogruxeber.tv” “hurriyet” qəzetinə istinadən xəbər verir ki, Finlandiyanın Moskvadakı səfirliyində qalan şübhəli məktublar hakimiyyəti təşvişə salıb.
Rəsmi olaraq NATO üzvü olan Finlandiyanın Moskva səfirliyində ötən günlərdə tərkibində şübhəli toz olan 3 məktubun qaldığı öyrənilib.
RİA xəbər agentliyinin məlumatına görə, hakimiyyət hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Moskva ilə Helsinki arasında onsuz da pis olan münasibətlər Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-nun 31-ci üzvü olduqdan sonra qırılma nöqtəsinə çatdı.
Aİ ölkələri arasında Rusiya ilə ən uzun sərhədə (1340 kilometr) malik olan Finlandiya Soyuq Müharibə bitdikdən sonra hərbi baxımdan neytral qalmışdı. Lakin Rusiyanın Ukraynanı işğal etməsindən az sonra bu ölkə NATO-ya üzv olmaq istədiyini açıqlayıb.
dogruxeber.tv
Kamal Əsgərov


