gundem / idman
28.07.2026
Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Elmir Çərkəzov (60 kq) ilk görüşünə çıxıb.
DogruXeber.tv-nin məlumatına görə, o, təsnifat mərhələsində Qazaxıstandan olan rəqibi Nurali Askerlə qarşılaşıb.
Görüş E.Çərkəzovun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı ilk görüşünü qələbə ilə başa vurmuşdu.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.



