Hacı Əliyev prinsipial rəqibinə qalib gəlib














Azərbaycanın ən titullu güləşçilərindən biri Hacı Əliyev Fərdi Dünya kubokunda mübarizəyə qoşulub.

dogruxeber.tv bildirir ki, 65 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Serbiyanın paytaxtı Belqraddakı yarışa 1/8 final mərhələsindən başlayıb.

Onun ilk rəqibi Rusiya təmsilçisi Hacımurad Rəşidov olub. Bu görüş hər iki güləşçi üçün prinsipial xarakter daşıyıb.Titullu rəqiblər dəfələrlə üz-üzə gəlsə də, aralarındakı son qarşılaşma qalmaqalla başa çatmışdı. 2019-cu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında keçirilən qarşılaşmadan sonra Hacı revanş, rəqibi isə güclü olduğunu təsdiq etmək üçün xalça üzərinə çıxıb.

Qarşılaşma vaxtından əvvəl yekunlaşıb. Təmsilçimizin fəndi zamanı rəqib zədələnib və Hacı qalib elan olunub. Prinsipial görüşdə istəyinə çatan güləşçimiz 1/4 finala yüksəlib.

Qeyd edək ki, üçqat dünya və üçqat Avropa çempionumuz Hacımuradla ötənilki görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb. Təsnifat mərhələsinin bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən 2 xalla qiymətləndirilib. Lakin rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

Bunu haqsızlıq sayan Əliyev qarşılaşmanın sonuncu saniyəsində mübarizəni davam etdirmək istəməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib. O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi rusiyalını tək qalib sayıb. Bundan sonra Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını isbatlamağa çalışıb. O, hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Hacı 2017-ci ildə dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanıb.
(Apa.az)

Son xəbərlər

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Bütün xəbərlər