Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Paytaxtın bir çox ərazisində günlərdir müşahidə olunan içməli su problemi sakinlərin haqlı narazılığına səbəb olub. Yayın ən isti günlərində insanların suya çıxışının məhdudlaşması təkcə məişət problemi deyil, həm də dövlət idarəçiliyinin effektivliyi ilə bağlı ciddi suallar yaradan məsələdir.

DogruXeber.tv-nin etibarlı mənbədən əldə etdiyi, lakin rəsmi şəkildə təsdiqlənməyən məlumata görə, Kür çayında su səviyyəsinin dəyişməsi və daşqınlarla əlaqədar tullantı sularının, eləcə də müxtəlif kənar maddələrin Ceyranbatan su anbarına qarışdığı iddia olunur. Bildirilir ki, məhz bu səbəbdən anbarın təmizlənməsi zərurəti yaranıb və nəticədə su təchizatında ciddi məhdudiyyətlər tətbiq edilib.

Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, ortaya daha ciddi sual çıxır: bəs belə risklərin qarşısını almaq üçün yaradılmış nəzarət mexanizmləri haradadır?

Əslində problem təkcə son günlərdə yaşanan su kəsintiləri ilə məhdudlaşmır. İllərdir yay mövsümü gələn kimi həm içməli su təminatında, həm də əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanır. Maraqlıdır ki, müxtəlif qurumların birləşdirilməsi, iri strukturun yaradılması və bu sahəyə daha geniş səlahiyyətlərin verilməsi problemlərin azalmasına deyil, əksinə, daha çox müzakirə olunmasına gətirib çıxarıb.

Bu gün Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinə baxdıqda, vətəndaşların əsas sualı sadədir: əgər aparılan islahatlar uğurludursa, niyə nəticələr əksini göstərir?

Tənqidçilər hesab edirlər ki, problemin kökündə peşəkar idarəetmənin zəifliyi, kadr siyasətindəki mübahisəli yanaşmalar və sahə üzrə ixtisaslaşmış mütəxəssislərin deyil, müxtəlif istiqamətlərdən gətirilmiş şəxslərin mühüm postlara yerləşdirilməsi dayanır. Bu baxımdan Agentliyin rəhbəri Zaur Mikayılovun fəaliyyəti də ictimai müzakirə mövzusuna çevrilib. Səsləndirilən fikirlərə görə, strateji əhəmiyyət daşıyan bir sahədə əsas diqqət nəticəyə deyil, kadr yerləşdirmələrinə yönəlib və bu gün yaşanan problemlər də həmin siyasətin nəticəsi kimi qiymətləndirilir.

Agentliyin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların işi ilə bağlı da çoxsaylı suallar mövcuddur. Xüsusilə meliorasiya və su təsərrüfatı sahəsində vəziyyətin ildən-ilə yaxşılaşmaq əvəzinə daha çox tənqid olunması diqqət çəkir.

Mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda meliorasiya sahəsində məsul vəzifə daşıyan şəxslərdən biri olan Rafiq Aslanovun və ailə üzvlərinin sahib olduqları iddia edilən əmlaklar, xarici ölkələrdəki mülklər və bahalı avtomobillər barədə müxtəlif məlumatlar yer almaqdadır. Bu məlumatların rəsmi təsdiqi olmasa da, cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: dövlət qurumlarında çalışan vəzifəli şəxslərin sərvətləri ilə onların rəsmi gəlirləri arasında uyğunluq varmı? Bu sualın cavabı isə yalnız aidiyyəti qurumların araşdırmaları nəticəsində aydınlaşa bilər.

Digər diqqətçəkən məqam isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyi ilə bağlıdır. Daha əvvəlki araşdırmalarımızda qurumda qohum təyinatları və yaxın şəxslərin müxtəlif vəzifələrə gətirilməsi ilə bağlı məlumatlar dərc etmişdik. Hazırda qurum rəhbəri Tahir Xəlilovun məzuniyyətdə olması da müəyyən suallar doğurur. DogruXeber.tv-yə daxil olan, lakin rəsmi təsdiqini tapmayan məlumatlara görə, motosiklet həvəskarı kimi tanınan rəhbər şəxsin qəza keçirdiyi və məzuniyyətinin bununla əlaqədar olduğu iddia edilir. Bu məlumatların doğruluğu ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

Bütün bunların fonunda vətəndaşlar susuzluqdan əziyyət çəkir, kənd təsərrüfatı su çatışmazlığından zərər görür, dövlət isə illərdir eyni problemlərin həllini gözləyir. Görünən mənzərə isə ondan ibarətdir ki, su təsərrüfatı sahəsində aparıldığı deyilən islahatlar hələ də insanların gündəlik həyatında hiss olunacaq nəticə verməyib.

Araşdırmalarımız davam edir. Növbəti yazımızda Agentliyin maliyyə istiqaməti və bu sahədə adı hallanan vəzifəli şəxslərlə bağlı daxil olmuş məlumatları, eləcə də redaksiyamıza təqdim edilən yeni iddiaları diqqətinizə çatdıracağıq

Son xəbərlər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Bütün xəbərlər