Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alan məlumata görə, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəyir.

Bildirilir ki, Azərbaycan bölməsində orta statistik abituriyent I mərhələdə tədris dili fənnindən test tapşırıqlarının 57.05, riyaziyyatdan 31.38, ingilis dilindən 43.59%-nə, II mərhələdə tədris dilindən 56.75, ədəbiyyatdan 55.18, riyaziyyatdan 28.96, fizikadan 36.27, kimyadan 30.36, biologiyadan 53.66, tarixdən 29.26, informatikadan 37.94, coğrafiyadan 25.99%-inə düzgün cavab verib.
Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığı, qəbul imtahanında iştirak edənlərin seçilən şagirdlər olduğu nəzərə alınaraq, belə qənaətə gəlinib ki, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir.

DogruXeber.tv: Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "bakupost.az"-a bildirib ki, DİM-in bu hesabatı acı da olsa, mövcud reallığı əks etdirir:

“Bu ölkəmizin təhsil sistemindəki dərin struktur problemlərindən xəbər verir. Məzunların proqramı 40-77 faiz aralığında mənimsəyə bilməməsi çoxsaylı amillərlə bağlıdır. Problemin əsasında kompleks problemlər dayanır. Bu təhsilin keyfiyyəti, müəllim, valideyn və şagird dördbucağının zəncirvari uğursuzluğu kimi qiymətləndirilməlidir”.

Ekspert düşünür ki, burada günahkar axtarmaqla yanaşı, problemin nöqtələrinə də toxunmalıyıq:

“Təhsil sisteminin özündə problemlər ilk sıradadır. Problemlərdən biri kurikulumun mürəkkəbliyindən doğur. Mövcud tədris proqramları şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun deyil. Kitablar, dərsliklər akademik dil baxımından həddən çox ağırdır”.
Cəmiyyət sədrinin fikrincə, burada qiymətləndirmə də təzadlıdır:

“Keçirilən summativ qiymətləndirmələrlə DİM-in qəbul imtahanı standartları arasında ciddi uçurum var. Məktəbdə 5 alan şagird qəbul imtahanında minimum bal toplaya bilmir”.

Müsahibimiz səbəblərdən birini də infrastruktur çatışmazlığında görür:

“Xüsusən regionlarda siniflərin həddən artıq dolması, 30-40 şagirdlə dərs keçilməsi və müasir laboratoriyaların olmaması normal təhsil almağı qeyri-mümkün edir”.

Ekspertin sözlərinə görə, problemin bir səbəbi də müəllimlərin peşəkarlıq səviyyəsilə bağlıdır:

“Diaqnostik qiymətləndirmə, sertifikasiya reallığı bu sahədə xeyli problemləri üzə çıxarıb. Sertifikasiya imtahanının nəticələri göstərir ki, xeyli sayda müəllim hələ də öz fənnini ibtidai səviyyədə belə bilmir. Metodiki köhnəlik də burada qeyd olunmalıdır. Müəllimlərin əksəriyyəti sovet dövrünün mühazirə metodundan çıxa, interaktiv dərs keçirə bilmir”.
İ. Orucov düşünür ki, maddi motivasiya və repetitorluğa meylilik də problemə rəvac verən səbəblərdəndir:

“Əmək haqqına münasibətdə son illər diferensiallaşma tətbiq olunsa da, az dərs yükü səbəbindən aşağı maaş alan müəllimlər enerjilərini əsasən repetitorluğa sərf edirlər. Nəticədə məktəbdə tədris immitasiyası formalaşır”.

Ekspert bildirir ki, burada günah həmçinin valideyndədir:

“Valideynlər təhsilin məktəbdə yox, repetitor yayında qazanıldığına inanmaqda davam edirlər. Məktəbdə aşağı qiymət alan şagird qəbul imtahanında yüksək qiymət alıb. Bunun səbəbi şagirdin IX-XI siniflərdə repetitorun yanına gedərək, məktəbə gəlməməsidir. Ona görə də orta məktəbdə ona formal olaraq aşağı qiymət yazılıb. Motivasiyasızlıq da şagirlərin nəticələrinə təsir göstərir. Onlar yalnız imtahan vermək üçün oxuyur”.

O, vəziyyətdən çıxış üçün proqramların sadələşdirilməsini vacib hesab edir:

“Müəllim hazırlığı kökündən dəyişməlidir. Habelə, məktəblərə idarəetmə və maliyyə muxtariyyəti verilməlidir”./bakupost.az

Son xəbərlər

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Bütün xəbərlər