Ən yaxşı məktəblərin adları AÇIQLANDI

2025-ci ilin tələbə qəbulu nəticələrinə əsasən, 600 və daha yüksək bal toplayan abituriyentlərin payına görə bir sıra məktəblər yüksək göstəricilər nümayiş etdirib.

DogruXeber.tv "AzEdu.az"a istinadən xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Siyahıda ilk yerlərdə Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi (12 faiz), Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin Quba rayonundakı sinifləri (11,86 faiz), Bakı şəhəri 70 nömrəli məktəb-lisey (11,76 faiz) və Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey (11,76 faiz) qərarlaşıb.

Yüksək nəticə göstərən digər təhsil müəssisələri arasında Bakı şəhəri 96 nömrəli tam orta məktəb, Bakı şəhəri 327 nömrəli tam orta məktəb, Gəncə şəhəri 30 nömrəli tam orta məktəb, Bakı şəhəri 171 nömrəli tam orta məktəb, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya və Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbi də yer alıb.

Siyahıya daxil edilən məktəblər bunlardır:

Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi;

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin Quba rayonundakı sinifləri;

Bakı şəhəri 70 nömrəli məktəb-lisey;

Gəncə şəhəri 27 nömrəli riyaziyyat-informatika təmayüllü lisey;

Bakı şəhəri 96 nömrəli tam orta məktəb;

Bakı şəhəri 327 nömrəli tam orta məktəb;

Gəncə şəhəri 30 nömrəli tam orta məktəb;

Bakı şəhəri 171 nömrəli tam orta məktəb;

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya;

Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbi;

Ordubad rayonu İnternat orta məktəbi;

Abşeron rayonu Q.Xalıqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbi;

Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi;

Bakı şəhəri 313 nömrəli tam orta məktəb;

Şərur rayonu 2 nömrəli şəhər tam orta məktəbi;

Bakı şəhəri 289 nömrəli tam orta məktəb – “Zəngi” liseyi;

Bakı şəhəri 89 nömrəli tam orta məktəb;

Bakı şəhəri 140 nömrəli tam orta məktəb;

Abşeron rayonu Fatmayı kənd tam orta məktəbi;

Bakı şəhəri 202 nömrəli tam orta məktəb;

İsmayıllı rayonu 6 nömrəli şəhər tam orta məktəbi;

Bakı şəhəri 31 nömrəli tam orta məktəb;

Bakı şəhəri 254 nömrəli tam orta məktəb;

Ordubad rayonu 1 nömrəli şəhər tam orta məktəbi;

Tovuz rayonu Qaraxanlı kənd tam orta məktəbi;

Qəbələ rayonu 2 nömrəli şəhər tam orta məktəbi;

Ağcabədi rayonu Şənlik kənd tam orta məktəbi;

Füzuli rayonu 46 nömrəli tam orta məktəb;

Beyləqan rayonu Kəbirli kənd 1 nömrəli tam orta məktəbi.

Qeyd edək ki, siyahıya yalnız abituriyentlərinin sayı 20 nəfərdən az olmayan təhsil müəssisələri daxil edilib.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər