Bakı Məktəbində Saxta Attestatlar Verilir? – 3 Nömrəli Məktəb Haqqında İDDİA

dogruxeber.tv: - “Son dövrlər bəzi təhsil müəssisələrində şagirdlərə saxta attestatlar verilməsi bağlı məlumatlar yayılmaqdadır. Azərbaycan təhsil sistemində bu sahədə elektron baza yaradıldığı üçün saxta yollarla attestat alanlar, təhsillərini başqa dövlətlərdə davam etdirirlər”.


Bu barədə AMİP sədrinin müavini Afsəddin Nəbiyev tərəfindən sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd olunub ki, yeni tətbiq olunan sistemdə yoxlama mexanizmi ilə saxta sənədləri dərhal aşkar etmək mümkündür:

“Nazirlər Kabinetinin 24 noyabr 2014 – cü il tarixli 479 N-li qərarına görə təhsilalanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparıldığından yekun qiymətlər DİM tərəfindən yerli təhsil idarəetmə orqanlarına göndərilir. Bütün bunlara baxmayaraq rüşvət müqabilində neqativ hallara hələ də rast gəlməkdəyik. Belə ki, yerli təşkilatımızın üzvü, saxta attestatın Binəqədi rayon orta məktəbində məktəb direktoru tərəfindən verildiyini və bu barədə Binəqədi Rayon Prokurorluğunun araşdırma aparıldığını söyləyib. Məlumata görə, Almaz Həsrət adlı məktəb direktoru 2020-ci ilin sentyabr ayında Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2021-ci il tarixdə iki məzuna saxta attestat verilib. Attestatı alan sənəd verərkən eyni nömrəli attestat iki məzunda aşkarlanıb. Məlum olub ki, R.Əliyev adına 3 nömrəli tam orta məktəbdən verilən attestat saxtadır”.

Yazını paylaşan şəxsin iddialarına görə, attestatda Almaz Həsrət İsrayıl qızı, direktor müavinləri Əliyeva Təranə və Orucova İlahənin imzaları var:

“Hal-harırda Binəqədi prokurorluğunda araşdırma aparılır. Direktor izi itirmək üçün attestatın tarixini 2019-cu il yazıb. Məsələ burasındadır ki, İlahə Orucova 2021-ci ildə məktəbə müavin təyin olunub. Təbii ki, bu məlumatlar prokurorluq orqanları tərəfindən araşdırılacaq”.

Qeyd edək ki, “Tehsil.biz” saytı tərəfindən məsələ ilə bağlı Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə sorğu ünvanlanıb.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.//xeberal.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər