gundem / Kriminal
19.06.2026
Narkotik satanlar həbs olundular
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb.
DogruXeber.tv "32gun.az"-a istinadən xəbər verir ki, onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



