gundem / siyaset / dunya
20.06.2026
Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
“Nüvə sahəsindəki hazırkı vəziyyət Soyuq müharibə dövründəki silahlanma yarışı ilə müqayisə oluna bilməz. Amma dünyada nüvə başlıqlarının sayı tədricən artır”.
DogruXeber.tv xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
“Bu gün özümüzü 1980-ci illərin əvvəllərində mövcud olan real nüvə silahlanma yarışı şəraitində görmürəm”, - AEBA rəhbəri bildirib.
Qrossinin sözlərinə görə, dünyada nüvə arsenalının genişlənməsi müşahidə olunur, bəzi qeyri-nüvə ölkələri də bu silahlarla bağlı əvvəlki mövqelərinə yenidən baxmağı düşünməyə başlayıblar.
Beynəlxalq agentliyin baş direktoru qeyd edib ki, bu şəraitdə nüvə silahlarının yayılmaması rejiminin qlobal miqyasda möhkəmləndirilməsi əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, o etiraf edib ki, mövcud vəziyyətdə nüvəsizləşdirmə perspektivi uzaq görünür./teleqraf



