dunya
3.02.2018
ABŞ nüvə silahından nə zaman istifadə edəcək?

ABŞ nüvə silahından yalnız "fövqəladə hallarda" istifadə edə bilər, o cümlədən Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə qarşı qeyri-nüvə hücumu olarkən.
“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan deyibş O, Nüvə doktrinasına əsaslanaraq açıqlama verib: “ABŞ fövqəladə hallarda özünün və müttəfiqlərinin maraqlarını müdafiə etmək üçün nüvə silahlarından istifadə məsələsinə baxa bilər”.
Onun sözlərinə görə, fövqəladə hallar kimi həmçinin qeyri-nüvə strateji hücumları nəzərdə tutulur.


