gundem / siyaset / dunya
6.04.2023, 17:45
Lukaşenko Makronla nüvə silahının yerləşdirilməsi məsələsində razılaşıb
Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, Fransa prezidenti Emmanuel Makronla nüvə silahı məsələsində həmfikirdir: ABŞ onları yerləşdirdiyi ölkələrdən çıxarmalıdır və bu həyata keçirilməyənə qədər Minsk və Moskva Vaşinqton kimi davranırlar.
"dogruxeber.tv"ın "qazeta.ru"ya istinadən məlumatına görə Pekində keçirdiyi mətbuat konfransında Makron bildirib ki, Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarı beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərlə müqayisə olunmazdır. Onun sözlərinə görə, heç bir ölkə “heç bir şəraitdə” nüvə silahını xarici əraziyə yerləşdirə bilməz.
“Mən onunla razıyam. Buna görə də amerikalılara onların yerləşdiyi beş-altı ölkədən bütün nüvə silahlarını geri çəkmək lazımdır. Məsələ də budur”, - deyə Lukaşenko bildirib.
dogruxeber.tv
Kamal Əsgərov


