Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Quba və Şəki rayonlarında müşahidə olunan intensiv yağışlar bir sıra ərazilərdə problemlərə səbəb olub.

DogruXeber.tv milli.az-a istinadən xəbər verir ki, Qubada Quba-Tüləkəran yolu üzərində torpaq sürüşməsi qeydə alınıb. Yolun 4-cü kilometrində baş verən hadisə nəticəsində altı kəndin nəqliyyat əlaqəsi dayandırılıb. Hazırda əraziyə texnika cəlb olunub, alternativ keçid yolunun yaradılması və bərpa işləri aparılır.

Rayonun İkinci Nügədi kəndi ərazisində yerləşən istirahət zonasının yaxınlığındakı göldə suyun səviyyəsinin yüksəlməsi də əlavə çətinliklər yaradıb. Nəticədə obyektin bəzi tikililəri və ətraf sahələr su altında qalıb, infrastruktur zərər görüb. Göldə saxlanılan qayıqların bir hissəsi də suyun altında qaldığından istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Güclü leysan yağışları Şəki rayonu ərazisində də fəsadlara yol açıb. Xüsusilə Cunud kəndi, Şin kəndi, Layısqı kəndi və Qumux kəndi istiqamətlərində sel suları yaşayış evlərinə və fərdi təsərrüfatlara ziyan vurub. Bundan əlavə, kəndlərdən birində yerləşən körpü selin təsirindən yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, müvafiq qurumlar tərəfindən ərazilərdə monitorinqlər aparılır və yaranmış problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər