gundem / hadise / bolge
23.06.2021
Masallıda gənc süni göldə batdı
Masallı rayonunda 18 yaşlı gənc süni göldə batıb.
dogruxeber.tv "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Babaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlu süni göldə boğulub.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu axtarışlar aparır.
Faktla bağlı araşdırmalara başlanılıb.



