sosial
8.08.2018
Batan şəxsin axtarışları davam edir

Daşkəsəndə bir nəfər süni göldə batıb.
"dogruxeber.tv" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


