gundem / Kriminal
13.06.2026
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
İyunun 12-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DogruXeber.tv bildirir ki, bu barədə "teleqraf"-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.



