gundem / siyaset
12.06.2026
Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib
2025-ci ildə ilk dəfə dövlət büdcəsi vəsaitlərinin idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
İl ərzində keçirilmiş depozit hərraclarında vəsaitlər 28, 30, 32 gün və 3 ay müddətində 6.42 – 7.25 faiz dərəcələri ilə depozitə yerləşdirilib.
Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, noyabr ayının sonuna qədər kommersiya banklarında yerləşdirilən depozitlərin həcmi 2640,0 mln. manat təşkil edib. İlin sonuna bu rəqəm sıfırlanıb.



