1 milyard manat büdcə ssudası verildiyi üzə çıxdı

2024-cü ildə büdcədə nəzərdə tutulmadığı halda 1 milyard manat həcmində ssudalar verilib.

"dogruxeber.tv" xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a rəyində bildirilib.

Qeyd edilib ki, 2024-cü il dövlət büdcəsi haqqında Qanunda büdcə ssudalarının verilməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq, faktiki olaraq büdcə təşkilatlarına, dövlətə məxsus publik hüquqi şəxslərə və dövlət maliyyə dəstəyi alan digər təşkilatlara 1 mlrd. manat vəsait ayrılıb.

Məlumata əsasən, 964,2 mln. manat vəsait ilin ilk yarısında 17 müxtəlif təşkilata ötürülüb və ilin sonunda geri qaytarılıb. Qeyd olunur ki, ssudaların verilməsi dövlət büdcəsinin icrası barədə rəsmi hesabatda göstərilməyib. Bununla belə, 22 nömrəli büdcə hesabatında “Digər” adı altında əks olunan bəzi vəsaitlərin əslində məhz büdcə ssudaları ilə bağlı olduğu müəyyən edilib.

Aparılan təhlillərə görə, bu istiqamətdə yerləşdirilən vəsaitlərin həcmi iyun ayında pik həddə – 1,0 milyard manata çatıb. Mart-iyun aylarında xarici valyutada yerləşdirilmiş vəsaitlərin sıfırlanması fonunda ssuda məbləği artıb, daha sonra isə azalma müşahidə olunub.

İlin ikinci yarısında ssuda kimi verilmiş vəsaitlərin bir hissəsi yenidən idarəetməyə qaytarılıb. İl sonuna yaxın isə “Azər Türk Bank”da yerləşdirilmiş vəsaitlər üzrə 5 illik depozit müqaviləsi başa çatıb və vəsaitlər geri çağırılıb, nəticədə manatla idarə olunan vəsaitlər sıfırlanıb.//Hurriyyet.az

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər