gundem / Cəmiyyət
12.06.2026
"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
“Meta” şirkəti “WhatsApp” messencerinin köhnə “Android”, “iPhone” və “iPad” modellərində dəstəyini mərhələli şəkildə dayandıracağını açıqlayıb.
DogruXeber.tv xəbər verir ki, yeni qərara əsasən, tətbiq yalnız daha yeni əməliyyat sistemlərində işləyəcək.
Açıqlamaya görə, məqsəd təhlükəsizlik yeniləmələrinin düzgün təmin olunması və tətbiqin stabil işləməsidir.
Bildirilib ki, “iPhone” və “iPad” istifadəçiləri üçün 30 noyabr 2026-dan etibarən dəyişiklik qüvvəyə minəcək. “WhatsApp” yalnız iOS 15.5 və iPadOS 15.5 və ya daha yeni versiyaları dəstəkləyəcək.
iPhone 6s, 6s Plus, iPhone 7 seriyası, ilk nəsil iPhone SE, iPad Air 2 və iPad mini 4 kimi modellər siyahıya daxildir. Lakin bu cihazlar son yeniləmələri aldıqları üçün sistemi yeniləyən istifadəçilər “WhatsApp”dan istifadəni davam etdirə biləcəklər.
Android cihazlarda isə məhdudiyyət daha tez, 8 sentyabr 2026-da tətbiq olunacaq. Bu tarixdən etibarən Android 6.0-dan aşağı versiyalara dəstək tam dayandırılacaq. Xüsusilə Android 5.0 və 5.1 istifadəçiləri tətbiqə giriş imkanını itirəcəklər.



