İcbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq

2025-ci ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulub.

"dogruxeber.tv" xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.

Sənəddə qeyd olunub ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz, 2023-cü illə icrası ilə müqayisədə isə 277,3 milyon manat və ya 16,1 faiz çoxdur.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1410,4 milyon manatı (2024-cü illə müqayisədə 42,4 milyon manat və ya 3,1 faiz çox) və ya 70,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması və müvafiq dövlət proqram və tədbirləri üzrə xərclərəyönəldiləcək.

Gələn ilin dövlət büdcəsinin layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 1410,4 milyon manat vəsaitin 1266,6 milyon manatını və ya 90 faizini dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edir ki, bu cari illə müqayisədə 38,2 milyon manat və ya 3,1 faiz çoxdur. Bu xərcin artımı əsasən əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci il dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 124,1 manat götürülməklə 2024-cü ilin sonuna gözlənilən 2,7 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.

Bütövlükdə 2020-ci ildən tətbiq olunmuş adambaşına düşən icbari tibbi sığorta haqqının 90 manatdan 2025-ci il üçün 124,1 manata çatdırılmaqla bu xərc 34,1 manat və ya 37,9 faiz artırılacaq.

Növbəti ildə səhiyyə sahəsində müvafiq dövlət proqramları və tədbirlər üçün 143,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,2 milyon manat və ya 3 faiz çoxdur.

2025-ci ilin büdcə layihəsində Səhiyyə Nazirliyinə ümumilikdə 327,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 12,1 milyon manat və ya 3,8 faiz çoxdur. Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə ümumi təyinatlı tibbi xidmətin göstərilməsinə 82,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,2 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti üzrə işləri həyata keçirən təşkilatların saxlanılmasına 5,7 milyon manat, digər xərclərə (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 176,7 milyon manat yönəldiləcəkdir.

Sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün Səhiyyə Nazirliyinə 52,5 milyon manat vəsait proqnozlaşdırılmışdır.

Azərbaycanın Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi üçün 18,9 milyon manat vəsait nəzərdə tutulub.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər