iqtisadiyyat
10.06.2020, 15:49
Azərbaycanın dövlət büdcəsinin qalığı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 527,5 milyon manat, xərcləri isə 9 392,2 milyon manat təşkil edib.
dogruxeber.tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox və 0,4% azdır.
Son nəticədə büdcədə 1 135,3 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 2 306,5 milyon manat təşkil edib.


