gundem / siyaset
13.06.2026
Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb
Azərbaycan ilə TDT-yə üzv ölkələri arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard ABŞ dolları ilə ölçülür.
Dogruxeber.tv: "teleqraf"-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunda çıxışında deyib.
O qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı investisiyaların həyata keçirilməsi davam edir:
“1995-ci ildən 2025-ci ilə qədər Azərbaycanın türk dövlətləri ilə qarşılıqlı sərmayələrin həcmi 40 milyard ABŞ dollarına yaxındır. Sərmayələrin investisiyaların həyata keçirilməsi təşviq etmək məqsədi ilə Türk İnvestisiya Fondu yaradılıb. Ümumi kapitalı 600 milyon ABŞ dollarıdır. Eyni zamanda, Azərbaycan Özbəkistan, Qırğısıztan və Qazaxıstan ilə birgə investisiya fondları yaradıb”.



