İqtisadçı-ekspert: "Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınacaq"













Yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsində rekord göstərici qeydə alınacaq.


Bunu Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə keçirilən "Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığı inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri" adlı beynəlxalq konfransda çıxış edən rusiyalı iqtisadi ekspert Yuri Şedrin bildirib.


Konfransda "Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq" adlı məruzəsi ilə çıxış edən Y.Şedrin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin səviyyəsi ilə bağlı son statistik məlumatları açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. ABŞ dollarını ötüb: "İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ildəki ilə müqayisədə 34 faiz artıb. 2018-ci ilin yanvar ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artım qeydə alınıb. Bu, çox yaxşı göstəricidir. Ümid edirəm ki, yaxın vaxtlarda Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində rekord qeydə alınacaq".



Rusiyalı iqtisadi ekspert Qərb dövlətlərinin ölkəsinə qarşı sanksiya tətbiq etdiyi vaxt Azərbaycanın Rusiyaya yardım əlini uzatdığını xatırladıb: «Azərbaycan Rusiyaya dəstək oldu. Azərbaycanın kənd təsərrüfatı malları Rusiya bazarına axın etməyə başladı».



Y. Şedrin hər iki ölkənin qarşılıqlı olaraq investisiyalar yatırdığını qeyd edib: "Bu gün Azərbaycanda 700-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir. Bunların 300-ü sırf Rusiya kapitalı əsasında yaradılıb. Bu gün Rusiya və Azərbaycan birgə nəhəng layihələrə imza atırlar. Bunlardan biri Şimal-Cənub dəhlizidir. Bu layihə Rusiyanı daha qısa yolla Hind okeanına çıxaracaq. Şimal-Cənub layihəsi Azərbaycanın tranzit ölkə kimi regionda əhəmiyyətini çox artırır"/apa

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər