gundem / idman
16.06.2026
“Qarabağ”ın rəqibi müəyyənləşir
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.
DogruXeber.tv xəbər verir ki, turnirin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq.
Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:
– “Jilina” (Slovakiya);
– “Voyvodina” (Serbiya);
– “Universitatya Kluj” (Rumıniya);
– “Alüminiy” (Sloveniya);
– “Derri Siti” (İrlandiya);
– “Vestri” (İslandiya).
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.



