“Neftçi” üçün formal oyun, “Səbail” möcüzə axtarışında

Bu gün UEFA Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. “dogruxeber.tv” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Səbail”də meydana çıxacaqlar.
İlk matçda Moldova “Sperantsa”sını 3:0 hesabı ilə məğlub edən “Neftçi” bu dəfə evdə oynayacaq.
Digər komandalarımıza nisbətən daha güclü rəqiblə qarşılaşan “Səbail” isə səfər matçında mərhələ keçməyə çalışacaq. Evdə rəqibinə 2:3 hesabı ilə uduzan bayıllıların Krayovadan sərfəli nəticə ilə dönməsi sürpriz olacaq.
18 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
Cavab oyunu
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
Hakimlər: Helki Mikael Yonasson, Yohan Qudmundsson, Brayngeyr Valdimarsson, İvar Kristyasson (hamısı İslandiya)
Krayova. İon Oblemanko stadionu
Ilk oyun - 3:2
21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova)
Hakimlər: Yulian Vaynbeger,Maksimilian Kolbiç, Mixael Nemets, Andreas Heyss (hamısı Avstriya)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 3:0 /Qafqazinfo


