gundem / hadise
23.04.2026, 10:00
Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ
Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib.
DogruXeber.tv APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.



