gundem / idman
23.04.2026, 12:45
Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.
DogruXeber.tv xəbər verir ki, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andriçlə üz-üzə gələcək.
Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyuku sınağa çəkəcək.
Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnce ilə güləşəcək.
Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.//qafqazinfo



