gundem / dunya
23.04.2026, 12:15
ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi
Rusiya G20 sammitində iştirak etmək üçün ABŞ-dən rəsmi dəvət alıb.
DogruXeber.tv xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Onun sözlərinə görə, Rusiyanın iştirakı ilə bağlı son qərar daha sonra veriləcək.
"Ən yüksək səviyyədə iştirak etmək üçün dəvət var, lakin biz hələ də qərar verməmişik", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-nin sədrliyi ilə keçiriləcək G20 sammiti 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək.//32gun.az



