gundem / siyaset / dunya
17.06.2026
Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi
İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı İran-ABŞ memorandumunu müzakirə edib.
DogruXeber.tv xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Telefon danışığı zamanı İran xarici işlər naziri anlaşma memorandumunun təfərrüatlarını izah edib və ABŞ-nin onun müddəalarının düzgün şəkildə həyata keçirilməsi üçün məsuliyyətini və İsrailin Livana qarşı təcavüzünə tamamilə son qoyulmasının vacibliyini vurğulayıb”, - məlumatda bildirilib.
Lavrov və Əraqçi ikitərəfli münasibətlər və Yaxın Şərq gündəliyi ilə bağlı bir sıra məsələləri də müzakirə edib.



