gundem / siyaset / dunya
22.06.2023, 14:15
İran və İsveçin xarici işlər nazirləri telefonla bölgədəki hadisələri müzakirə ediblər
İran və İsveçin xarici işlər nazirləri Hossein Amir Abdollahian və Tobias Billström telefonla ikitərəfli münasibətlərin son vəziyyətini, regionda baş verənləri və maraq doğuran mövzuları müzakirə ediblər.
"dogruxeber.tv" İrna-ya istinadən bildirir ki, hər iki tərəf, həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Konsulluq əməkdaşlığını da müzakirə ediblər.
dogruxeber.tv
Gültəkin Talıbqızı


