“Nar” Kitab gününü Salyanda qeyd edib

Sərfəli mobil operator “Nar” 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.

DogruXeber.tv xeber verir ki, Salyan rayonunun Sarvan kəndində yerləşən İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində yazıçılar Günel Əkbər və Amin Orucun iştirakı ilə şagirdlərlə görüş baş tutub. “Parlaq İmzalar” nəşriyyatının təşkilatçılığı ilə həyata keçirilən görüş zamanı məktəblilərlə mütaliənin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və müəlliflərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb. Tədbirin əsas məqsədi şagirdlər arasında oxu vərdişlərini təşviq etmək və maarifləndirici mühiti gücləndirmək olub. Eyni zamanda, şagirdlər üçün intellektual və əyləncəli masaüstü oyunlar təşkil edilib ki, bu da onların həm məntiqi düşüncə bacarıqlarının inkişafına, həm də asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə verib.

Qeyd edək ki, Azərbaycanın bölgələrini daim fəaliyyətinin mərkəzində saxlayan “Nar” təhsil və maarifləndirmə istiqamətində həyata keçirdiyi sosial məsuliyyət (KSM) layihələri ilə gənclərin inkişafına davamlı töhfə verir. Şirkət bu cür təşəbbüslərlə cəmiyyətin müxtəlif təbəqələri üçün əlçatan təhsil imkanlarının genişləndirilməsini dəstəkləyir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

“Nar” Kitab gününü Salyanda qeyd edib

“Nar” Kitab gününü Salyanda qeyd edib

“Nar” Kitab gününü Salyanda qeyd edib

“Nar” Kitab gününü Salyanda qeyd edib


Oxunub: 34

Son xəbərlər

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Bütün xəbərlər