Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

dogruxeber.tv: - Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər ərazisində yerləşən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən ŞPŞ-nin rəis müavini, polis mayoru Ramil Salayev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun asılılığından qurtula bilmir, öz gələcəyini göz görə-görə məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən tələbələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələr öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.

Daha sonra çıxış edən digər tədbir iştirakçıları tələbələrə narkotiklərin zərərləri barədə məlumatlar verərək, təhsillərində uğurlar arzulayıblar.

Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib


Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

Şirvan ŞPŞ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib

Son xəbərlər

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Bütün xəbərlər