MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR














DİN Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik leytenantı Arzu Rzayev əsrin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirərək, onun cəmiyyətimiz üçün yaratdığı təhlükə və fəsadlardan danışıb. Rəis müavini qeyd edib ki, hər bir şəxs bu ciddi bəla ilə mübarizədə fəal olmalı, ətraflarında narkomaniyaya düçar olmuş şəxslərin normal həyata qayıtması və öz sağlamlığlarına qovuşmaları üçün əllərindən gələni əsirgəməməlidirlər. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə, öz gələcəyini bilərəkdən məhv edir. Bunun üçün şagirdlər ətraflarında olan insanlara diqqət yetirməli və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və onlar haqqında hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Sonra çıxış edənlər dini radikalizm mövzusuna toxunaraq, ölkəmizdə tolerantlığın mövcud olduğu, hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını, lakin din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə tədbirlərinin görüldüyünü bildiriblər. Bunun üçün gənc nəslin nümayəndələrini yalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə ediblər.

Nizam Həmidov
polis leytenantı
MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Son xəbərlər

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

Bütün xəbərlər