YOL POLİSİ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ SÖHBƏTLƏR APARIB












Baş Dövlət Yol Polisi İdarəsinin və Xızı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının iştirakı ilə rayonun Mikayıl Müşfiq adına orta məktəbin şagirdləri ilə təlimatlandırıcı görüş keçirilib.
Tədbirdə çıxış edən BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis polkovnik-leytenantı İsa Deystani yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsinin, məktəblilərin yol nişanları haqqında məlumatlarının daha da ətraflı təbliğinin, diqqətlə öyrənilməsinin vacibliyini deyib. O, həmçinin yeniyetmələrin yollarda daha da diqqətli olmalarının əhəmiyyətindən danışıb.
Analoji tədbir Baş Dövlət Yol Polisi İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Cəfər Cabbarlı adına orta məktəbində aşağı sinif şagirdləri ilə baş tutub. Görüşlərdə məktəblilərə yol hərəkəti qaydalarını barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırıb.
Hər iki tədbirdə yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyəti vurğulanıb. Məhz keçirilən tədbirlərin nəticəsidir ki, məktəblilər yol nişanları haqda məlumatlı olurlar, yollarda diqqətli olurlar və yolayrıclarında piyada zolaqlarından istifadəyə üstünlük verirlər.
Tədbirin sonundan məktəblilərə Baş İdarənin dəstəyi ilə nəşr edilmiş "Yol hərəkəti qaydaları əlifbası" kitabı hədiyyə olunub.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
dogruxeber.tv

YOL POLİSİ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ SÖHBƏTLƏR APARIB
YOL POLİSİ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ SÖHBƏTLƏR APARIB
YOL POLİSİ MƏKTƏBLİLƏRLƏ SƏMİMİ SÖHBƏTLƏR APARIB

Son xəbərlər

Neft yenidən bahalaşdı

Sabiq deputat, YAP İdarə Heyətinin üzvü işsiz qalıb - İLGİNC

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bütün xəbərlər