DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA













DİN Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə Ə.M.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənildi.
Tədbiri açan məktəbin direktoru Finurə Ələsgərova bu gərəkli təşəbbüsə görə RPŞ-nin rəhbərliyinə öz təşəkkürü bildirərək, sözü RPŞ-nin rəisi Əli Mərdanova verib.
Öz çıxışında polis polkovniki Əli Mərdanov ölkədə narkomaniyaya qarşı görülən tədbirlərdən söz açıb, daxili işlər orqanları əməkdaşları tərəfindən ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qəytiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib.
Erkən nigaha daxilolma mövzusuna toxunan Ə.Mərdanov, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə onların fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. Şagirdlərin əsasən təhsilə maraq göstərməli olduğu və gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Və sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görüb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.
Daha sonra çıxış edən təhsil ocağının müəlliməsi Mehbarə Hacıyeva keçirilən belə tədbirlərin gənclərin həyatında böyük rol oynadığını, onların bir fərd kimi yetişmələrində düzgün yol göstərdiyini bildirib.
Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.
Nizam Həmidov
polis leytenantı

dogruxeber.tv
DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDADAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDADAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDADAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDADAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər