gundem / dunya
28.07.2026
Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Yaponiyanın Kumamoto prefekturasında zəlzələdən sonra "Aeon Mall" ticarət mərkəzində partlayış baş verib.
DogruXeber.tv xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, baş vermiş partlayış nəticəsində bir neçə nəfər ölüb, onların sayı dəqiqləşdirilir.
Həmçinin 10 nəfərin itkin düşdüyü də bildirilir.
Yanğınsöndürənlərin məlumatına görə, çoxlu sayda insan binada köməksiz vəziyyətdə qalıb.


