gundem / Cəmiyyət
28.07.2026
Bu ərazilərdə 3 gün su olmayacaq

Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində 28.07.2026-cı il tarixi səhər saatlarından 30.07.2026-cı il tarixi günorta saatlarınadək su təminatında fasilə yaranacaq.
DogruXeber.tv xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.


