İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Hazırda Ukrayna, Yaxın Şərq və Asiyada gedən müharibələr geniş mənada bir-biri ilə kəsişmir. Lakin bu münaqişələrin qlobal müharibəyə çevrilməsi ehtimalını istisna etmək olmaz.

DogruXeber.tv xəbər verir ki, bu fikri “Faynənşl Tayms” qəzetinin eksperti Gideon Rahman bildirib.

Rahman xatırladıb ki, ötən həftəsonu İran Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisini batırdığını və nəticədə bir dənizçinin öldüyünü bəyan edib. Ukrayna tərəfi isə Xəzər dənizində İran gəmilərinə uzaq məsafədən zərbələr endirdiyini təsdiqləyərək bildirib ki, hədəf Rusiyaya hərbi yüklər daşıyan hərbi yük gəmiləri olub.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün daha 30 min hərbçi göndərməyə hazırlaşdığını açıqlamışdı. Rahman qeyd edib ki, 2024-cü ildə Şimali Koreya qoşunlarının ilk dəstəsi cəbhəyə çatanda Zelenski bunu "dünya müharibəsinə doğru ilk addım" adlandırmışdı.

"İndi isə ukraynalılar İranla birbaşa qarşıdurmaya girdiklərinə görə demək olar ki, ikinci addım da atılıb", – deyə şərhçi vurğulayıb.

Rahman qeyd edib ki, Birinci və İkinci Dünya müharibələri dünyanın ən güclü dövlətləri arasında birbaşa qarşıdurma ilə səciyyələnirdi. Onun sözlərinə görə, hazırkı hərbi münaqişələr də artıq müəyyən mənada bu xüsusiyyətlərə uyğun gəlməyə başlayıb.

Rahmanın fikrincə, Rusiya, Çin, İran və Şimali Koreya arasında getdikcə güclənən yaxınlaşma bəzi amerikalı strateqlərin bu dörd ölkəni "rəqiblər oxu" kimi xarakterizə etməsinə səbəb olub.

O hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Amerikanın ənənəvi müttəfiqlərinin bir çoxuna qarşı tez-tez nümayiş etdirdiyi sərt münasibət, eləcə də İsrailin Avropada və Fars körfəzi ölkələrinin bir hissəsində "təcrid olunmuş dövlət" kimi qəbul edilməsi antiamerikan blokuna qarşı vahid cəbhənin formalaşdırılmasını çətinləşdirir.

Son xəbərlər

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Bütün xəbərlər