Zelenski BMT Baş Assambleyasında çıxış etdi: “Şeytana güvənmək olmaz”

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı bütün dünyanı Rusiyanın ölkəsinə qarşı təcavüzünə son qoymaq üçün birləşməyə çağırıb. Zelenski çıxışında Rusiyanı “şeytan” adlandırıb və “Şeytana güvənmək olmaz” deyib.

"dogruxeber.tv" Gununsesi.info-ya istinadən xəbər verir ki, Vladimir Zelenski Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzünə başladıqdan sonra ilk dəfə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edib.

Zelenski çıxışında deyib ki, nüvə silahına malik olan Rusiya dayandırılmalıdır, əks halda Moskva dünyanı “son müharibəyə itələyəcək”.

Rusiyanın “nüvə silahına sahib olmaq hüququ olmamalıdır” deyən Zelenski bildirib ki, “Silahlanma məhdudlaşdırılmalı, hərbi cinayətlər cəzalandırılmalı, deportasiya edilmiş insanlar öz evlərinə qayıtmalı, işğalçı isə öz torpaqlarına qayıtmalıdır”.

Zelenski bildirib ki, Rusiya qidadan tutmuş enerjiyə qədər hər şeydən silah kimi istifadə edir.

Ukrayna lideri həmçinin Moskvanı ukraynalı uşaqları qaçıraraq “soyqırım törətməkdə” ittiham edib.

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqları ölkədən qanunsuz çıxarmaqda şübhəli bilinərək həbsinə order verib.

Oxunub: 398

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər