Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “DİLER İNŞAAT” QSC olub. Müqaviləyə əsasən, şirkət Şuşa şəhərinin D-3 massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək…

DogruXeber.tv Poliqon.info-ya istinadən xəbər verir ki, hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Buna baxmayaraq, “DİLER İNŞAAT” QSC dövlət satınalmalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib.

Şirkət əsasən tikinti sektorunda fəaliyyət göstərir. Onun fəaliyyəti yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı, tikinti materiallarının satışını da əhatə edir. Şirkətin təqdim etdiyi məlumatlarda onun “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak etdiyi qeyd olunur.

Reyestr məlumatlarına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə təsis edilib, daha sonra adını dəyişərək hazırkı hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır parlamentdə 15 saylı Yasamal birinci seçki dairəsini təmsil edir.

Bundan əlavə, Orxan Quluzadənin “Loğman Farm” MMC adlı digər bir şirkətin də təsisçisi olduğu bildirilir. Açıq mənbələrdə həmin şirkətin də müxtəlif dövlət tenderlərinin qalibi olduğu barədə məlumatlar yer alır.

Oxunub: 31

Son xəbərlər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Bütün xəbərlər