Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 770 milyon manata çatıb

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb.

"dogruxeber.tv"ın "APA-Economics"dən əldə etdiyi məlumata görə, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin "Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. "Tekfen İnşaat" bundan əvvəl, "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib.

Oxunub: 347

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər