gundem / hadise / idman
21.04.2026, 16:30
"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib
İtaliya A Seriyası təmsilçisi "Napoli" futbolçusu Romelu Lukakunu 150 min avro cərimələyib.
DogruXeber.tv xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bu, 32 yaşlı hücumçunun maaşının 20 faizidir.
Sanksiyalara səbəb belçikalı forvardın klub rəhbərliyinin razılığı olmadan təxminən iki həftə komandadan uzaq qalmasıdır. O, qayıtdıqdan sonra cərimə qərarı ilə razılaşıb.
Xatırladaq ki, Romelu Lukaku cari mövsümün əvvəlini zədəyə görə buraxıb.//report



