dunya
11.06.2020, 10:46
İspaniya Belçika şahzadəsini cərimələdi
![]()
İspaniyanın Əndəlüs regionunun hökuməti Belçika şahzadəsi Yoahimi 10 min 400 avro həcmində cərimələyib.
Dogruxber.az bildirir ki, bu məlumatı “Röyter” agentliyi yayıb.
Məlumata görə, Belçika şahzadəsi karantin qaydalarını pozduğu üçün cərimələnib.
Agentlik 28 yaşlı şahzadənin Korodova şəhərində bir neçə tədbiri ziyarət etdikdən sonra koronavirusa yoluxduğunu bildirib. Şahzadənin cərimələnməsinə əsas səbəb onun iştirak etdiyi tədbirdə karantin qaydaları əsasında müəyyənləşdiriləndən çox insanın iştirak etməsi olub.


