idman
7.07.2018
DÇ-2018: Fransanın yarımfinaldakı rəqibi məlum oldu - Belçika

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsində Braziliya ilə Belçika yığmaları qarşılaşıb.
Oyunun 13-cü dəqiqəsində Braziliyanın oyunçusu Fernandiyo topu öz qapısından keçirərək Belçikanı hüsabda önə keçirib - 0:1. Görüşün 31-ci dəqiqəsində belçikalı K. De Brüyne hesabdakı fərqi artırıb - 0:2.
İkinci hissənin 76-cı dəqiqəsində Koutinyonun ötürməsindən sonra R.Auqusto yığmasının oyundakı yeganə qolunu vuraraq hesabdakı fərqi azaldıb - 1:2.
Beləliklə, Belçika yığması DÇ-2018-in yarımfinal mərhələsinə vəsiqə qazanıb. Belçikanın rəqibi Fransa olacaq./Trend


