Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
DogruXeber.tv xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixli Sərəncam imzalanıb.
Sərəncamın məqsədinin Respublikanın ərzaq təhlükəsizliyinin qarantı sayılan kənd təsərrüfatı sektorunun, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin davamlı inkişafına nail olmaq olduğunu vurğulayan Abdin Fərzəliyev qeyd edib ki, bu proqramının icrası çərçivəsində dövlət strukturlarının vəzifələri məyyənləşdirilmişdir. Vurğulanıb ki, 01.01.2026-cı il vəziyyətinə rayonun istifadəçiliyində olan ümumi ərazi 216517 ha olmaqla inzibati ərazi hüdudları daxilində təhkim olunmuş torpaq sahəsi 194007 ha təşkil edir. Rayonda kənd təsərrüfatının əsas istiqaməti qoyunçuluq və maldarlıqdır. Belə ki, rayon üzrə istifadə olunan torpaqların 42.5 %-i, başqa sözlə 92027.0 ha yararlı örüş-otlaq sahələrinin payına düşür. Rayon üzrə 3958 ha sahə çoxillik əkmələr (zeytun bağları 3251 ha, badam bağları 707 hektar) altında istifadə olunur. Cari il ərzində həmin bağlardan 72835 sentner zeytun və 41850 sentner badam məhsulu toplanmışdır. Rayon üzrə kənd təsərrüfatına yararlı torpaq sahələri 110551.0 hek olmaqla istifadə olunan torpaqların 51.1 %-ni təşkil edir. Rayonda iri aqrar səneye kompleksləri fəaliyyət göstərir. Bunlardan Azərsun Holding, “Grand Agro” MMC, Azbadam MMC, Binə Agro MMC, “Xəmsə M” MMC, Səhliyalı MMC, Olive Garden MMC, Azərquşçuluq MMC, Səba ASC, “Astel LTD” MMC və s. qeyd etmək olar.
Rayonda fəaliyyət göstərən istixanaların sahəsi 700 hektara yaxındır. istixana təsərrüfatlarında müasir aqretexniki üsullarla yetişdirilən tərəvəz bitkilərinin məhsuldarlığının açıq əkin sahələri ilə müqayisədə 20 dəfəyə qədər çox olduğunu nəzərə alsaq bu göstərici 14000 ha açıq tərəvəz əkini sahəsi ilə ekvivalentdir.
Rayonda fəaliyyət göstərən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş quşçuluq müəssisələrində il ərzində 13728 sentner quş əti və 10 444000 ədəd yumurta istehsal olunmuşdur.
Akvakultura sahəsində rayonda mövcud iki müəssisəni qeyd etmək olar. Bunlardan “Zirvə-A” MMC 67.0 ha sahədə (45 ha təbii sututar-göl altında, 22 ha quru sahə), “Abşeron-Ulduz” kəndli fermer təsərrüfatı isə 90 hektar sahədə (53 ha balıq vətəgələri altında, 37 ha quru sahə) fəaliyyət göstərir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2024-cü il tarixli Fərmanı ilə ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılmaqla bu sahədə də ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılmışdır.
Görüşdə kənd təsərrüfatı məhsullarını istehsal edən sahibkarlardan onları narahat edən məsələlərlə bağlı həm icra hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmələri xahiş olunub.
“Xəmsə-M” MMC-nin təsisçisi və direktoru Mürvət Həsənli çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən qanunvericilikdən və onların əhəmiyyətindən danışıb. Hazırda respublika ərazisində kənd təsərrüfatının şaxələndirilməsi və məhsuldarlığın daha da artırılması istiqamətində Azərbaycan dövləti tərəfindən bütün lazimi imkanların yaradıldığını və bu sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərildiyini qeyd edib.
Görüşdə sahibkarlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı müsbət fikirlərini bildirib, razılıqlarını ifadə edib və bu proqramdan irəli gələn məsələlərin icrası ilə əlaqədar icra hakimiyyəti və 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzi ilə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər