gundem / siyaset
6.06.2026
Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi
Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edib.
DogruXeber/tvxəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, PUA zərbələri nəticəsində çoxmərtəbəli yaşayış binasının yaxınlığındakı avtodayanacaqda yanğın qeydə alınıb./teleqraf



