Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Azərbaycanda maşını etibarnamə ilə sürmək çox yayılıb. Amma bu vəziyyət həm maşının sahibini, həm də onu sürən şəxsi hüquqi və maliyyə baxımından çətinliyə sala bilər. Xüsusilə yollarda qayda pozulanda cərimənin kimə yazılması və ödənilməyən cərimələrin gələcəkdə hansı problemlərə yol açması hamını maraqlandırır.

DogruXeber.tv xəbər verir ki, vəkil Emil Aslanov “demokrat.az”a açıqlamasında bildirib ki, maşın sahibi avtomobili sürmək üçün başqasına etibarnamə verdikdə, yollardakı qayda pozuntularına görə gələn cərimələr birbaşa maşını sürən şəxsə yazılır:

“Yəni hüquqi məsuliyyət faktiki idarəetməni həyata keçirən şəxs üzərinə düşür. Lakin həmin sürücü cərimələri vaxtında ödəmədikdə, qanunvericilikdə nəzərdə tutulan icra mexanizmləri işə düşür. Belə ki, müəyyən müddət ərzində ödəniş həyata keçirilmədikdə onun sürücülük hüququ məhdudlaşdırıla bilər, daha uzunmüddətli icra edilməyən borclar olduqda isə nəqliyyat vasitəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlər, o cümlədən avtomobilin üzərinə həbs qoyulması tətbiq edilə bilər. Nəticədə mülkiyyətçi də dolayısı ilə bu vəziyyətdən təsirlənir və avtomobilin üzərindən məhdudiyyətlərin götürülməsi üçün, bir çox hallarda, yaranmış cərimə borclarının ödənilməsinə məcbur qalır”.
Vəkilin sözlərindən aydın olur ki, sürücü məsuliyyətsizlik edib cəriməni gecikdirəndə ziyan sonda maşının əsl sahibinə də dəyir. Çünki dövlət orqanları ödənilməyən borclara görə maşının satılmasına və ya sənədləşməsinə qadağa qoya bilir.

Belə vəziyyətlə qarşılaşmamaq üçün tövsiyə olunur ki, maşını etibarnamə ilə satmaq əvəzinə tam sənədləşdirib addan-ada keçirsinlər. Sürücülər isə vaxtında cərimələri yoxlamalı və gecikdirmədən ödəməlidirlər ki, həm sürücülük vəsiqələri əllərindən alınmasın, həm də maşın sahibinə problem yaratmasınlar./gununsesi.info

Son xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

Bütün xəbərlər