Ödəniş edirsən, amma cərimə gəlir: “Azparking”in ABSURD QAYDASI

DogruXeber.tv: - Azərbaycanda “Azparking” xidmətindən istifadə edən sürücülər maraqlı və bir o qədər də absurd hesab edilən problemlə üz-üzə qalıblar. Belə ki, vətəndaş parklanma üçün lazımi vəsaiti ödəsə də, müəyyən müddət sonra heç bir qaydanı pozmadığı halda cərimə tətbiq edilir. Bu hal daha çox avtomobilini uzunmüddətli – 24 saatlıq parklanma müddətinin tamam olmasından sonra müşahidə edilir.

Modern.az sürücüləri narahat edən mövzu ilə bağlı “Azparking” xidmətinin idarəçiliyini həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurum faktı təsdiqləyərək cərimələrin yanama səbəbi olaraq xidmətin mobil tətbiqinin iş prinsipini əsas göstərib.

“İstənilən halda parklanma statusu 24 saatın sonunda dayandırılır. Axşam saat 22:00-dan səhər saat 7:00-a qədər parklanma xidmətinə ödəniş tələb olunmur. Bazar günləri üçün də ödəniş nəzərdə tutulmayıb. Saat 7:00-dan sonra müştəri parklanmanı tətbiqdə aktiv etmirsə, cərimə avtomatik olaraq yaranır. Lakin sistemin avtomatik aktivləşməsi zamanı ödənişsiz müddət üçün cərimə yazılmır. İstənilən halda parklanmanı sürücü özü aktiv etməlidir. Proqram isə müəyyən olunan qaydalar daxilində və təyin olunan zamanlarda sürücünün öncədən tənzimləmədiyi halda özü xidməti deaktiv edir. Lakin “Azparking” park yerini tutulmuş hesab etdiyi üçün cərimə tətbiqinə başladılır. Parklanma xidmətinin ödənişləri kamera görüntüsünə görə qərarlaşdırılmır. Yalnız mobil tətbiq həlledicidir”.

Bu sistemin iş mexanizmindən aydın olur ki, qanunvericiliyə görə ödənişli parklanma yerlərində müvafiq ödəniş edilmədən parklanmaya görə 20 manat məbləğində cərimə nəzərdə tutulur (İnzibati Xətalar Məcəlləsinin 346-1. maddəsi). Sürücü parklanmanı tətbiq vasitəsilə yenidən aktivləşdirməyi unutduqda, proqram xidməti dayandırsa da, avtomobilin həmin yerdə olması tətbiq tərəfindən “ödənişsiz istifadə” kimi qəbul edilir və dərhal cərimə protokolu tərtib olunur. AYNA xəbərdarlıq edir ki, analoji hallar intensiv xarakter daşıyır və sürücülər hər saat sonu gələn bildirişləri idarə etməklə maliyyə itkisinin qarşısını ala bilərlər. Hazırkı yanaşmaya görə, ödənişdə heç bir güzəşt edilmir və cərimə yalnız qurumun özündən qaynaqlanan texniki nöqsanlar olduqda ləğv edilə bilər.

Sürücülər üçün bu situasiya olduqca narahatdır, çünki sistemin avtomatik dayandırılması vətəndaşı “istəmədən qayda pozan” statusuna salır. Ödəniş etmək niyyətində olan sürücü, sadəcə 24 saatın tamamında tətbiqə daxil olub prosesi yeniləmədiyi üçün cərimələnir.

Son xəbərlər

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

Bütün xəbərlər