Azərbaycanda bu şəxslər 5000 manat cərimələnəcək

Utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr müəyyənləşir

"dogruxeber.tv" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyəti ilə bağlı “Tullantılar haqqında” qanunla müəyyən edilən tələblərin pozulmasına və ya vəzifələrin yerinə yetirilməməsinə, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən bu fəaliyyətlə bağlı həmin qanunla müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Həmçinin utilizator tərəfindən utilizatorların reyestrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcəklər.

Yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimələnəcəklər.

Bundan başqa, nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.

Belə ki, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.

Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.

Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.

Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.

Qanuna əsasən, utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

Həmçinin qanuna əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslər 700 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.

Oxunub: 572

Son xəbərlər

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Bütün xəbərlər