Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

“Vida mərasimində iştirak etmişəm. Oraya gəldim, jurnalistlər üstümə tökülüşdü. Az qaldı Rasim Balayev yaddan çıxsın. Hərəyə də bir cümlə dedim ki, o, bir ustad olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Rasim Balayev axirət dünyasını zənginləşdirməyə getdi”.

DogruXeber.tv xəbər verir ki,bunu Yeni Sabah-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, R.Balayevin yasında iştirak edə bilməsə də, mərhumun məzarını ziyarətə getdiyini bildirib:
“Açığı yas yerinə getmədim. Ona görə ki, hamı üstümə gəlir və daxilən əsəbiləşirəm. Böyük bir dostumu itirmişəm. Onun günahına görə itirmişəm, özümün yox. İki gün əvvəl səhər tezdən getdim Birinci Fəxri xiyabana, qəbrini tapdım. Düz 20 dəqiqə oturub onunla dərdləşib, söhbətləşdim. Səhvlərimizi və düzlərimizi ona deyib gəldim”.

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin R.Balayevin 40-ı çıxandan sonra seçiləcəyini deyib:
“Qurultay çağırılacaq, ondan sonra sədr seçiləcək. Amma Şəfiqə Məmmədova dəqiq olmayacaq. 12 ildir oraya yapışıb qalıb. Biz Rasim Balayevi İttifaqa sədr seçəndə Şəfiq durub istefa verdiyini desə də, hələ oradadır. Bu qədər özbaşınalıq olmaz. Kimə güvənir, kimə arxalanır bilmirəm. Kino xalqın tarixi və mədəniyyətidir. Şəfiqə yapışıb yaxamızdan əl çəkmir. Bu adam 43 ildir kinostudiyanın qapısını tanımır.

Kimin seçilməsi önəmli deyil. Əsas odur ki, kino adam olsun. Mənim fikrimcə yeni sədr rejissor Cəmil Quliyev olmalıdır. Vəssalam. Həm dövlət adamıdır – əvvəllər müxtəlif vəzifələrdə, o cümlədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib, həm də böyük təcrübəsi var. Kinorejissor və dramaturqdur. 3-4 dildə də sərbəst danışır. Təşkilati istedadı da var”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı klinikada vəfat edib. O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəfatından sonra AKİ-də sədr vəzifəsi boş qalıb. Yeni sədr isə mərhumun qırx mərasimindən sonra keçiriləcək qurultayda seçiləcək.

Oxunub: 168

Son xəbərlər

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir

Türk Dünyasının gənc alimləri Azərbaycanda bir araya gəlir

65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Bütün xəbərlər