70 yaşlı Rasim Balayev: “Bu rəqəm məni qorxutdu”













Bu gün kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlarla yadda qalan xalq artisti Rasim Balayevin ad günüdür. Aktyorun 70 yaşı tamam olur.

Modern.az saytı doğum günündə yubilyarla əlaqə saxlayaraq, təəssüratlarını öyrənib. Xalq artisti bildirib ki, artıq təbriklər bir neçə gün əvvəldən gəlir:

“Yuvarlaq rəqəm olduğu üçün ad günüm yəqin ki, ötən illərdən fərqli olar. Axşam bir neçə dostlarımızı yığıb birlikdə qeyd edəcəyik. 70 yaşım olur. Bu rəqəm məni qorxutdu ya qorxutmadı, onsuzda gəlib. Bundan sonra qorxmağın ya qorxmamağın nə mənası var? 70 xoş gəlib, səfa gətirib. Qurban olum Allaha, bu həyatı verdi, yaşadıq”.

R.Balayev qeyd edib ki, hazırda əsas istəyi can sağlığının olmasıdır: “Bir də yaxşı rollar olsun. Bundan sonra Allah nə qədər ömür veribsə, onu yaşayaq. Mən həmişə işdə olmaq istəyirəm. Bunun üçün adama öncə sağlamlıq lazımdır, daha sonra yaxşı filmlər, rollar. Hələ ki, bu cür rollar yoxdur. Ümidlə yaşayırıq”.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Xalq artisti ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rolları canlandırıb. “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda filmlərə çəkilib.

Sənətkar 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Son xəbərlər

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Bütün xəbərlər